“Bavariya”da daha bir itki
23.10.2023 - 11:27
“Bavariya”da daha bir itki

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska zədələnib.

Apasport.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

“Mayns”la görüşdə əlindən zədə alan 28 yaşlı futbolçunun əməliyyat olunub. Almaniyalı Çempionlar Liqasının bu həftə “Qalatasaray”a qarşı keçiriləcək matçında iştirak etməyəcək.

Bu, “Bavariya”nın yeganə itkisi deyil. Dayot Upamekano, Serj Qnabri, Rafael Qerreyro və Nusseyr Mazraui də qarşıdakı matçda forma geyinməyəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Bavariya” oyunu sabah keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0