“Bavariya”da yeni rekordçu
01.09.2022 - 09:17
“Bavariya”nın futbolçusu Matis Tel yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, 17 yaşlı hücumçu Almaniya kubokunun “Viktoriya” ilə görüşündə fərqlənib.
1-ci mərhələnin qarşılaşmasında münhenlilər 5:0 hesabı ilə qalib gəlib. Matis “Bavariya”nın Almaniya kubokunda qol vuran ən gənc oyunçusu olub. O, 17 yaş 126 günlüyündə fərqlənib.
Qeyd edək ki, “Bavariya” Teli “Renn”dən 20+8,5 milyon avroya transfer edib.
0
0