“Bavariya”dan 150 milyon avro
07.06.2023 - 11:51
“Bavariya”dan 150 milyon avro

“Bavariya”nın yay transferlərinə xərcləyəcəyi vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu transfer pəncərəsi üçün ayıracağı məbləği müəyyənləşdirib.

Bundesliqa təmsilçisi mövsümlərarası fasilədə 150 milyon avrosundan keçəcək. Bu məbləğ yeni oyunçuların alınmasına sərf olunacaq.

Qeyd edək ki, “Bavariya” başa çatan mövsümdə çempion adını son turda qazanıb.

writer photo
Əlirza Əlirzalı
0