“Bavariya”dan 19 milyonluq satış
24.07.2023 - 12:33
“Bavariya”dan 19 milyonluq satış

“Bavariya”nın futbolçusu Marsel Zabitser karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Avstriya millisinin yarımmüdafiəçisinin keçidi ilə bağlı razılıq əldə olunub.

Transfer bonuslarla birlikdə 19 milyon avroya gerçəkləşəcək. Zabitserin keçidinin bu həftə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Mançester Yunayted”də keçirib. 
 

writer photo
Əlirza Əlirzalı
0