"Bavariya"dan Çempionlar Liqasında mütləq rekord
09.03.2023 - 14:18
"Bavariya"dan Çempionlar Liqasında mütləq rekord

"Bavariya" Çempionlar Liqasının rekordunu müəyyənləşdirib.

Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisi buna turnirin 1/8 finalında PSJ-ni məğlub edərək (1:0 və 2:0), mərhələ adlamaqla nail olub.

Onlar bununla da tarixdə 21-ci dəfə Çempionlar Liqasının son 8 komandası sırasına yüksəliblər ki, bu da mütləq rekorddur.

Qeyd edək ki, Bavariya”nın 1/4 finaldakı rəqibi püşk nəticəsində bəlli olacaq. Mərhələnin oyunları isə aprelin 11-12-də və 18-19-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0