"Bavariya" Tomas Tuçeli istefaya göndərmək fikrində deyil.
Apasport.az xəbər verir ki, Münhen klubunun fəxri prezidenti Uli Höness baş məşqçinin müqaviləsi bitənə qədər komandada qalmasını istəyir.
Məsələ burasındadır ki, “Bavariya”nın əvvəlki 5 baş məşqçisi (Karlo Ançelotti, Yupp Haynkes, Niko Kovaç, Hans-Diter Flik və Yulian Naqelsmann) iki ildən az müddətə Münhen klubunda çalışıb. Bu vəziyyətin klubda stabilliyi pozduğunu və mənfi auranın yaranmasına səbəb olduğunu düşünən Höness bu dəfə eyni addımı atmaq fikrində deyil.
Qeyd edək ki, 2023-cü ilin mart ayından “Bavariya”nın sükanı arxasında olan 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ilin iyuluna kimi nəzərdə tutulub.