“Bavariya”nın 4 namizədi
21.12.2022 - 17:44
“Bavariya”nın 4 namizədi

“Bavariya” qapıçı axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu ayağı sındığı üçün mövsümü bitirən Manuel Noyeri əvəzləməyək üçün qolkiper transfer etməyə qərar verib.

Münhenlilər 4 qapıçının namizədliyi üzərində dayanıb. PSJ-dən Keylor Navas, Mönhenqladbax “Borussiya”sından Yan Zommer, Zaqreb “Dinamo”sundan Dominik Livakoviçin transferi gündəmdədir. “Monako”da icarədə olan Aleksandr Nyubelin qaytarılması variantı da nəzərdən keçirilir.

Qeyd edək ki, “Bavariya” “Aston Villa”nın qapıçısı Emiliano Martineslə də maraqlanıb.
 

writer photo
Əlirza Əlirzalı
0