“Bavariya”nın Keyndən imtina SƏBƏBLƏRİ
23.07.2022 - 10:02
“Bavariya”nın Keyndən imtina SƏBƏBLƏRİ

“Bavariya” “Tottenhem”in hücumçusu Harri Keyni transfer etmək fikrindən daşınıb.

Apasport.az saytının məlumatına görə, “Barselona”ya keçən Robert Levandovskinin yerinə forvard axtarışında olan münhenlilər İngiltərə millisinin üzvünün layiqli əvəzləyici olacağına inanmır.

29 yaşlı futbolçu klub tərəfindən müzakirəyə çıxarılsa da, rəhbərlik onun Premyer Liqadan kənarda özünü doğruldacağına şübhə edir. Həmçinin baş məşqçisi Yulian Naqelsmann da Keynin oyun üslubuna uyğun olmadığını düşünür. İmtinanın digər səbəbi isə ulduz futbolçunun transfer qiymətidir. London təmsilçisi onun satışından 100 milyon avro qazanc götürmək niyyətindədir. Üstəlik, yüksək məvacibdə maaş tələbi almanları geri addım atmağa vadar edib.

Qeyd edək ki, Harri Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0