“Bavariya”nın oyunu təxirə salınır
02.12.2023 - 13:19
Almaniya Bundesliqasının bu gün keçirilməli olan “Bavariya” – “Union” oyunu təxirə salına bilər.
Apasport.az xəbər verir ki, buna səbəb hava şəraitidir.
13-cü turun qarşılaşmasının taleyi hazırda müzakirə olunur. Güclü qar və leysan matçın təşkilini mümkünsüz hala salıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18:30-da başlamalıdır.
0
0