“Bavariya”nın sabiq futbolçusu komandanın baş məşqçisi ola bilər
01.03.2024 - 14:01
“Bavariya”nın sabiq futbolçusu komandanın baş məşqçisi ola bilər

"River Plate" klubunun çalışdırıcısı Martin Demiçelis "Bavariya"ya rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, mütəxəssis 2003-2010-cu illərdə Münhendə çıxış edib.

Klub rəhbərliyi hesab edir ki, argentinalının komandanın incəliklərini və alman dilini başa düşməsi ona uğur qazanmağa kömək edə bilər. Danışıqlarda idarə heyətinin üzvü Maks Eberlin də iştirak edəcəyi bildirilir .

Şayiələrə görə, məşqçi indiki mərhələdə "River Plate"dən ayrılmaq istəmir. 

writer photo
Əlirza Əlirzalı
0