“Bavariya”nın Sane planı
15.12.2022 - 11:15
“Bavariya”nın Sane planı

“Bavariya”nın futbolçusu Leroy Sane ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu hücumçu ilə müqaviləni uzadacaq.

Forvardla anlaşma 2023-cü ilin yayında yenilənəcək. Klub rəhbərliyi 26 yaşlı futbolçu ilə danışıqları növbəti mövsümün startına qədər yekunlaşdırmağı planlaşdırır. Onun indiki sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Sane cari mövsümün 19 matçında 10 qol və 6 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0