Belçika millisinin üzvü "Lion"da
02.02.2024 - 09:17
Belçika millisinin üzvü "Lion"da

"Lion" heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, "Nottingem Forest"in yarımmüdafiəçisi Orel Manqala fransız klubuna keçib.

Belçika millisinin üzvü mövsümün sonuna kimi icarə əsasında fransız klubunun şərəfini qoruyacaq. “Lion” orta xətt oyunçusunun yarım illik icarəsinə görə qarşı tərəfə 10 milyon funt sterlinq ödəməyə razı olub. Fransa klubu futbolçunu daimi əsasda heyətə cəlb etmək istəyərsə isə, bu zaman 15 milyonundan keçməli olacaq.

Qeyd edək ki, bu mövsüm 22 matçda meydana çıxan Manqala 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0