Belinqemin “qara siyahısı”: Üç kluba getməyəcək
12.04.2023 - 15:21
Belinqemin “qara siyahısı”: Üç kluba getməyəcək

Avropa nəhənglərinin heyətində görmək istədiyi Cud Belinqem ilkin seçimini edib.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının 19 yaşlı yarımmüdafiəçisi keçməyəcəyi komandaları müəyyənləşdirib.

İngiltərəlinin “qara siyahı”sında üç klub yer alıb. Bunlar PSJ, “Mançester Siti” və “Çelsi”dir.

Gənc ulduz seçimini bu klublarda pulun həlledici olması ilə bağlayıb. Cud pulun deyil, ehtiras, şərəf və reputasiyanın daha önəmli olduğu nüfuzlu komandaya keçmək istəyir.
 
Qeyd edək ki, Belinqem cari mövsümün 37 oyununda 10 qol və 7 assistə imza atıb. Onun Dortmund klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0