"Sabah"a bu dəfə yerli məşqçi
25.11.2024 - 14:46
"Sabah"a bu dəfə yerli məşqçi

Krunoslav Renduliçlə yollarını ayıran “Sabah”ın yeni baş məşqçisi yaxın günlərdə müəyyənləşəcək.

Apasport.az-ın əldə etdiyi məlumata görə, komanda yoluna yerli məşqçi ilə davam edəcək.

Hazırda bu post üçün ən real namizəd Arif Əsədovdur. 

Əsədov özü də bu məsələyə müsbət yanaşır. O, U-21 millisindən təklif alsa da, klubda işləməyə üstünlük verir.

Arif Əsədovdan başqa posta namizədlər arasında Adil Şükürov da var. 

Qeyd edək ki, Renduliç bu ilin mart ayından Masazır təmsilçisində çalışırdı. 

0