Benzema ilə yeni müqavilə imzalanacaq
17.06.2022 - 22:51
Benzema ilə yeni müqavilə imzalanacaq

“Real” futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi fransalı hücumçunun anlaşmasını daha bir il müddətinə uzatmağa qərar verib.

Kərimin indiki sözləşməsi 2023-cü ildə başa çatacaq. Klub prezidenti Florentino Peres və baş məşqçi Karlo Ançelotti onun 2024-cü ilədək komandada qalmasını istəyib.

Qeyd edək ki, Benzema ötən mövsümün 46 oyununda 44 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0