Benzema və Militao finalda oynaya bilər
10.02.2023 - 10:13
Benzema və Militao finalda oynaya bilər

Madrid “Real”ının iki əsas futbolçusu Kərim Benzema və Eder Militao zədəsini sağaldıb.

Apasport.az saytı xəbər verir ki, bu səbəbdən də fransız hücumçu və braziliyalı müdafiəçi klublararası dünya çempionatının finalında İspaniya təmsilçisinə qoşula bilər. 

Hər iki futbolçunun zədəyə görə mundialı buraxacağı bildirilsə də, artıq onların həlledici görüşdə iştirak etmək şansı yaranıb.

Qeyd edək ki, “Real” - "Əl-Hilal" finalı fevralın 11-də Bakı vaxtı ilə saat 23:00-da Mərakeşin paytaxtı Rabatda oynanılacaq.

writer photo
Əlirza Əlirzalı
0