Benzema: “Zidan və Ronaldo səviyyəsinə çata bilmərəm”
21.10.2022 - 22:25
Benzema: “Zidan və Ronaldo səviyyəsinə çata bilmərəm”

“Kiçik yaşlarımda böyüklərlə oynayırdım. Bu səbəbdən daha tez düşünməli oldum. Daha sürətli hərəkət etmək, daha kəskin zərbələr vurmaq lazım gəlirdi. İndi topu alanda nə edəcəyimi bilirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın hücumçusu Kərim Benzema klubun rəsmi saytına müsahibəsində deyib.

Bu günlərdə “Qızıl top” mükafatına layiq görülən Fransa millisinin forvardı həmyerlisi Zinəddin Zidan və braziliyalı Ronaldo səviyyəsində olmağın mümkünsüzlüyünü etiraf edib: “Mən Zizu və Ronaldonu ötməmişəm. Onlar mənim kumirlərimdir. Onların etdiklərini meydanda təkrarlaya bilmərəm. Heç vaxt Zidan və Ronaldo səviyyəsinə çata bilmərəm”.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm La Liqada 5 qol vurub, 1 məhsuldar ötürmə verib. 

writer photo
Əlirza Əlirzalı
0