Berardidən 5 illik müqavilə
17.08.2022 - 14:18
Berardidən 5 illik müqavilə

Domeniko Berardi “Sassuolo” ilə müqaviləni uzadacaq. 

Apasport.az saytının məlumatına görə, İtaliya klubu ilə futbolçu arasında razılıq əldə olunub.

Yeni anlaşma 5 ili əhatə edir. Berardi 2027-ci ilin yayına qədər komandada qalacaq. Hücumçu ildə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Berardi üzvü olduğu İtaliya yığmasında 24 matçda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0