"Beşiktaş" 8 futbolçu ilə yollarını ayıracaq
23.02.2024 - 16:08
Cari mövsümdə çempionluq yarışından uzaq olan "Beşiktaş" yeni mövsüm üçün planlara başlayıb.
Apasport.az xəbər verir ki, “qara-ağlar” bir çox əcnəbi oyunçusu ilə ayrılmaq qərarına gəlib.
Hazırda heyətində 18 legioneri olan "Beşiktaş" gələn mövsüm tətbiq olunacaq yeni əcnəbi qaydaya görə heyətinə 12 futbolçu əlavə edə biləcək. Bu səbəbdən klub azı 6 əcnəbi futbolçu ilə vidalaşacaq.
Türkiyə klubu Jan Onana, Ajdin Hasiç, Fransisko Montero, Badra Çisse, Ante Rebiç, Aleks Oksleyd-Çemberlen, Raşid Qezzal və Cekson Muleka ilə yolları ayırmaq qərarına gəlib.
0
0