"Beşiktaş" "Atletiko"nun futbolçusu ilə danışıqlara başladı
15.06.2024 - 13:09
"Beşiktaş" "Atletiko"nun futbolçusu ilə danışıqlara başladı

Super Liqa təmsilçilərindən "Beşiktaş" Covanni van Bronkxorstu baş məşqçi təyin etdikdən sonra transferlərə başlayıb.

Apasport.az xəbər verir ki, “qara-ağlar” “Atletiko Madrid”lə müqaviləsi başa çatan Qabriel Paulista ilə danışıqlara başladığını açıqlayıb.

Klub Qabriel Paulistanın transferi üçün futbolçu ilə danışıqlara başlandığını İctimai Məlumat Platformasına (KAP) bildirdi.

33 yaşlı braziliyalı müdafiəçi ötən mövsüm "Atletiko Madrid"in heyətində 24 matçda meydana çıxıb. Təcrübəli müdafiəçi daha əvvəl “Vilyarreal”, “Arsenal” və “Valensiya”da da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0