“İnter Mayami” İnyesta ilə razılığa gəldi
21.07.2023 - 12:22
“İnter Mayami” İnyesta ilə razılığa gəldi

“İnter Mayami” daha bir ulduzu heyətinə qatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, ABŞ klubu Andres İnyestanın xidmətində maraqlıdır.

İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi ilə ilkin razılıq əldə olunub. 39 yaşlı futbolçu yaxın günlərdə sabiq komanda yoldaşları Lionel Messi və Serxi Busketsə qoşula bilər.

Qeyd edək ki, iyulun 2-də “Vissel Kobe”dən ayrılan İnyesta azad agent statusuna malikdir. 
 

writer photo
Əlirza Əlirzalı
0