A seriyası klubu baş məşqçisini istefaya göndərdi
28.05.2022 - 14:51
“Verona” baş məşqçi postunda dəyişiklik edib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu İqor Tudorla yollarını ayırıb.
A seriyası təmsilçisi 44 yaşlı xorvatiyalı mütəxəssisi istefaya göndərmək qərarına gəldiyini açıqlayıb. Komanda geridə qalan mövsümü 9-cu pillədə tamamlayıb.
Qeyd edək ki, İqor Tudor ötən ilin sentyabrından “Verona”nı çalışdırıb.
0
0