“Əl Hilal” Messiyə verə biləcəyi məbləği açıqladı
15.03.2023 - 18:27
“Əl Hilal” Messiyə verə biləcəyi məbləği açıqladı

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Lionel Messiyə verə biləcəyi məbləği açıqlayıb. 

Apasport.az saytı xəbər verir ki, onlar PSJ-nin 35 yaşlı hücumçusuna bir illik müqavilə qarşılığında 220 milyon avro ödəməyə hazır olduqlarını bəyan ediblər.

“Əl Hilal”dan bildirilib ki, Argentina millisinin kapitanının Səudiyyə Ərəbistanı çempionatında oynaması üçün ölkə rəhbərliyi hətta qanunları dəyişməyə və maaş limitini artırmağa belə hazırdır.

Bu məbləğ isə hazırda bu ölkənin “Əl-Nəsr” klubunda oynayan portuqaliyalı Kriştiano Ronaldonun maaşı ilə eynidir. 

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi bitəcək Messi “Əl Hilal”dan ilinə 300 milyon və ya 2 ilinə 600 milyon avro istəyib. 

writer photo
Əlirza Əlirzalı
0