“Beşiktaş” “Hatayspor”un sabiq futbolçusu ilə razılaşdı
11.02.2023 - 15:16
“Beşiktaş” “Hatayspor”un sabiq futbolçusu ilə razılaşdı

Transfer çalışmalarını davam etdirən “Beşiktaş” daha bir hücumçu ilə razılıq əldə edib.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 2020/21 mövsümündə “Hatayspor”da oynamış 26 yaşlı Aaron Bupendza ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Zədəli olduğu bildirilən Qabon millisinin hücumçusu yeni komandasında illik 1,2 milyon avro maaş alacaq.

Qeyd edək ki, hazırda Aaron Bupendzanın menecerləri Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubundan oyunçunun transfer vərəqini almağa çalışırlar. Futbolçunun sərbəst status qazanmasından sonra müqavilə rəsmiləşəcək.

writer photo
Əlirza Əlirzalı
0