“Beşiktaş” ingiltərəli futbolçusunu yola salır
09.11.2022 - 15:12
“Beşiktaş” ingiltərəli futbolçusunu yola salır

“Beşiktaş” futbolçusu Dele Alli ilə yollarını ayırmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun rəhbərliyi ingiltərəli yarımmüdafiəçinin fiziki durumundan narazıdır.

Bu üzdən 26 yaşlı futbolçu ilə vidalaşmağa qərar verən İstanbul təmsilçisi onu qışda yola salmağı planlaşdırır. O, 2022-ci ilin yayında “Everton”dan “Beşiktaş”a keçib.

Qeyd edək ki, Alli cari mövsümün 9 oyununda 1 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0