“Beşiktaş” mövsümə üç xalla başladı
15.08.2023 - 00:13
“Beşiktaş” mövsümə üç xalla başladı

Türkiyə Superliqası ilk turuna yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, “Beşiktaş” səfərdə qələbə qazanıb.

“Neftçi” Konfrans Liqasındakı rəqibi “Fatih Karagümrük”lə görüşdə rəqibindən üstün olub. “Qara qartallar”ın qələbə topunu 85-ci dəqiqədə Fernandes vurub.

Günün digər oyununda “Alanyaspor” öz meydanında “Başakşəhər”lə qarşılaşıb. Meydan sahibləri hər hissənin sonunda bir qol vuraraq, mövsümə uğurlu start verib.

Türkiyə Superliqası
1-ci tur
14 avqust

“Fatih Karagümrük” – “Beşiktaş” – 0:1
“Alanyaspor” – “Başakşəhər” – 2:0

writer photo
Əlirza Əlirzalı
0