"Beşiktaş" ulduz futbolçu ilə danışıqlar aparır
08.07.2024 - 12:00
"Beşiktaş" ulduz futbolçu ilə danışıqlar aparır

“Beşiktaş”ın baş məşqçisi Van Bronkhorst fransız müdafiəçi Rafael Varanı komandasında görmək istəyir.

Apasport.az xəbər verir ki, transferin həyata keçməsini çox istəyən niderlandlı mütəxəssis məsələ ilə bağlı rəhbərliklə də görüşüb.

Varan “Mançester Yunayted”lə müqaviləsinin bitməsindən bəri azad agent statusu daşıyır. Hazırda istirahətdə olan futbolçu heç bir klubla bağlı dəqiq qərar verməyib.

Qeyd edək ki, müdafiəçi ötən sezon “qırmızı şeytanların” heyətində 32 oyuna çıxıb və 1 qola imza atıb. 
 

writer photo
Əlirza Əlirzalı
0