“Beşiktaş”da daha bir zədəli 
13.11.2023 - 10:09
“Beşiktaş”da daha bir zədəli 

"Beşiktaş"da zədələnənlərin sayı artır.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Bəxtiyar Zaynutdinov "Başakşəhər"lə matçda zədələndiyi üçün xəstəxanaya çatdırılıb. 

41-ci dəqiqədə onun əvəzinə oyuna Raşid Qezzal daxil olub. Lakin 31 yaşlı futbolçu başında ağrı hiss etdiyi üçün ikinci hissədə meydana çıxmayıb. Salih Uçanın da zədəsi olduğundan ikinci hissədə onu Aleks Oksleyd-Çemberlen əvəzləyib.

Qeyd edək ki, Artur Masuaku, Vinsent Abubakar, Cenk Tosun və Erik Bailly zədəli olduqları üçün heyətə daxil edilməyib.

writer photo
Əlirza Əlirzalı
0