"Beşiktaş"da hədəf: İsko
27.11.2023 - 00:09
"Beşiktaş"da hədəf: İsko

"Beşiktaş" qış fasiləsində hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Betis"də çıxış edən İskodur. Bu barədə Türkiyə mediası məlumat yayıb.

"Beşiktaş" 31 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, İsko cari mövsümdə "Betis"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0