"Beşiktaş"da ulduz hücumçu
08.01.2024 - 10:51
"Beşiktaş"da ulduz hücumçu

“Beşiktaş” hücum xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul klubu Dortmund “Borussiya”sından Sebastian Hallerə elçi düşüb.

İki klub arasında keçirilən danışqların müsbət nəticələndiyi bildirilir. İddialara görə, “qara qartal” 29 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüb. Fil Dişi Sahili yığmasının da şərəfini qoruyan oyunçunun keçidinə görə Super Liqa təmsilçisi almanlara pul ödəməyəcək.

Qeyd edək ki, Halller bu mövsüm 14 matçda forma geyinib və rəqib qapılarından 2 top keçirib.

writer photo
Əlirza Əlirzalı
0