"Beşiktaş"da yeni futbolçu
01.01.2024 - 20:48
"Beşiktaş"da yeni futbolçu

“Beşiktaş” heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Sevilya”nın hücumameyilli yarımmüdafiəçisi Oliver Torresə elçi düşüb.

29 yaşlı ispaniyalının oyununu bəyənən “qara qartal” qış transfer pəncərəsində futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Hazırda oyunçunun keçidini araşdıran klub rəhbərliyi yaxın günlərdə qarşı tərəfə rəsmi təkliflə müraciət edəcək. 

Qeyd edək ki, Torresin Əndəlüs klubu ilə anlaşması mövsümün sonunda başa çatacaq. O, bu mövsüm 20 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. 
 

writer photo
Əlirza Əlirzalı
0