"Beşiktaş"ın gənc ulduzuna "Roma"dan təklif
05.02.2024 - 22:59
"Beşiktaş"ın gənc ulduzuna "Roma"dan təklif

“Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az “Fotomaç”a istinadən xəbər verir ki, “Roma” İstanbul klubunun forvardı üçün hərəkətə keçib.

“Beşiktaş”ın 18 yaşlı yetirməsi özü də legioner həyatı yaşamağa hazır olduğunu rəhbərliyə bildirib.

Semihin hazırkı komandası ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0