Bəxtiyarlı "Tuzlaspor" qələbə qazandı
11.11.2023 - 23:36
Bəxtiyarlı "Tuzlaspor" qələbə qazandı

Türkiyənin 1-ci liqasında XII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Girəsunspor”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Tuzlaspor” hesabındakı 10 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0