Bonuççi İstanbul yolunda
10.01.2024 - 17:00
Bonuççi İstanbul yolunda

"Fənərbaxça" "Union Berlin"in ulduz futbolçusu Leonardo Bonuççi ilə anlaşıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 

Klubdan verilən açıqlamada Bonuççi ilə transfer danışıqlarının başladığı və təcrübəli müdafiəçinin bu gün İstanbula gələcəyi bildirilib.

36 yaşlı futbolçunun təyyarəsi bu axşam Bakı vaxtilə 19:30-20:00 arası İstanbulda olacaq.

writer photo
Əlirza Əlirzalı
0