Bonuççi üçün Almaniya variantı
23.08.2023 - 01:27
Bonuççi üçün Almaniya variantı

Leonardo Bonuççi Almaniya təmsilçisi “Union Berlin”ə keçə bilər.

Apasport.az-ın məlumatına görə, italiyalı müdafiəçi qarşıdakı iki gün ərzində son qərarını verəcək.

“Yuventus”un transferə çıxardığı təcrübəli müdafiəçi özünə yeni klub tapa bilməyib. Turin klubu Bonuççinin “Union Berlin”ə keçidinə “yaşıl işıq” yandırıb. Amma 36 yaşlı futbolçu bu transferə müsbət cavab verməyib. Onun qərarından sonra danışıqlara yekun vurulacaq.

Qeyd edək ki,  Leonardo “Yuventus”un heyətində 500-dən çox oyun keçirsə də, komandanın heyətindən uzaqlaşdırılıb. 

writer photo
Əlirza Əlirzalı
0