“Yuventus” Leonardo Bonuççini əsas heyətə qaytarmaqdan imtina edib.
Apasport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi bu halla razılaşmaq niyyətində deyil.
Bonuççi heyətə qaytarılması ilə bağlı kluba hüquqi məktub ünvanlasa da, imtina cavabı alıb. Bununla barışmayan 36 yaşlı müdafiəçi A seriyasının kollektiv əməkdaşlıq anlaşmasından istifadə edəcək. Bu razılaşmaya, əsasən, futbolçuya əsas heyətdə məşq etmək imkanı yaradılmalıdır. Digər tərəfdən, Boniççi onu transferə çıxaran klubdan 2 milyonluq kompensasiya istəyir və məsələ ilə bağlı vəkilə müraciət edib.
Qeyd edək ki, müdafiəçinin “Ayaks”la danışıqlar aparması xəbərləri yayılıb. Leonardo “Yuventus”un heyətdində 502 oyunda keçirib.
Bonuççi “Yuventus”a güzəştə getməyəcək
11.08.2023 - 23:24
0
0