“Borussiya” ona 12 milyon avro qiymət qoydu
02.01.2023 - 13:53
“Borussiya” ona 12 milyon avro qiymət qoydu

Münhenqladbax “Borussiya”sı futbolçusu Markus Türamla yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, komanda 25 yaşlı futbolçunu 12 milyon avroya satışa çıxarıb.

Müqaviləsi mövsümün sonunda bitəcək oyunçu yeni razılaşma imzalamaqdan imtina etdiyi üçün Münhenqladbax təmsilçisi qış transfer dönəmində futbolçudan pul qazanmaq arzusundadır. Fransa millisinin də şərəfini qoruyan Türam İngiltərənin “Nyukasl” və “Aston Villa” klublarının hədəfindədir.

Qeyd edək ki, Fransanın “Genqam” komandasından transfer edilən Türam bu mövsüm 17 oyunda 13 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0