"Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
28.03.2024 - 11:20
"Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

Yarımmüdafiəçi Kyell Veyten "Borussiya" ilə yeni müqavilə imzalayıb. 

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb. 

Qeyd edək ki, cari mövsümdə 18 yaşlı alman futbolçu "Borussiya"nın gənclər komandasının heyətində 27 matçda iştirak edib, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0