"Borussiya"nın baş məşqçisi Edin Terziç istefa verdi
13.06.2024 - 15:30
"Borussiya"nın baş məşqçisi Edin Terziç istefa verdi

Edin Terziç Dortmund "Borussiya"sının baş məşqçisi vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

2023/2024 mövsümündə “Borussiya” Almaniya çempionatında beşinci yeri tutub.

Eyni zamanda, klub Terziçin rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksəlib. Terziçin komandası həlledici görüşdə "Real"a məğlub olub. 

Qeyd edək ki, almaniyalı mütəxəssis 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub.

 

writer photo
Əlirza Əlirzalı
0