“Borussiya”nın “Real”dan tələbi
25.10.2022 - 00:47
“Borussiya”nın “Real”dan tələbi

İspaniyanın “Real” klubu Cud Bellingemin xidmətində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçini qarşıdakı transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Almaniya təmsilçisi Cudun əvəzinə təkcə pul deyil, Braima Diası da tələb edir.  Hazırda “Milan”da icarədə olan futbolçu Bundesliqa klubunun hədəfindədir.

Qeyd edək ki, cari mövsümdə Cud 12 oyunda 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0