"Braqa"nın baş məşqçisi Braziliyaya gedə bilər
30.03.2024 - 13:54
"Braqa"nın baş məşqçisi Braziliyaya gedə bilər

"Spartak"ın maraq göstərdiyi Portuqaliya "Braqa"sının çalışdırıcısı Artur Xorxe karyerasını Cənubi Amerikada davam etdirə bilər.

Apasport. az "Globo" nəşrinə istinadla xəbər verir ki, "Botafoqo" 52 yaşlı mütəxəssisi dəvət etmək istəyir.

"Botafoqo"nun rəhbərləri məşqçinin gedişinə görə Portuqaliya tərəfinə pul təzminatını ödəməyə hazırdır. Mənbənin sözlərinə görə, klublar razılığa yaxındır.

Xatırladaq ki, Xorxe 2022-ci ilin may ayından “Braqa”nın baş məşqçisidir. Mütəxəssislə Portuqaliya klubu arasında mövcud müqavilə 2025-ci ilin ortalarında başa çatacaq.

 

writer photo
Əlirza Əlirzalı
0