"Brayton"un baş direktoru "Çelsi"ni lağa qoydu
03.03.2023 - 00:52
"Brayton"un baş direktoru "Çelsi"ni lağa qoydu

"Brayton" baş direktoru Pol Barber "Çelsi" haqqında yumoristik danışıb.

Apasport.az xəbər verir ki, o, Qrem Poterin onlardan "oğurlanması"na işarə edib:

“Çelsi"nin zənginə məmnuniyyətlə cavab verərəm... Ancaq bizim məşqçilərlə bağlı məsələlərdən başqa. Mən hətta xadimələrə də demişəm ki, ehtiyatlı olsunlar, çünki onlar da iş yerini dəyişə bilər”.

Qeyd edək ki, "Çelsi"nin indiki baş məşqçisi Qrem Poter əvvəl "Brayton"u çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0