Bu dəfə “Napoli”nin xalı silinə bilər - SƏBƏB
27.01.2023 - 14:35
Bu dəfə “Napoli”nin xalı silinə bilər - SƏBƏB

İtaliyada A seriyasında daha bir komanda təhlükə ilə üzləşib. 

Apasport.az saytının məlumatına görə, “Yuventus”dan sonra “Napoli”nin də xalları silinə bilər.

Neapol klubunun ötən ilin yayında Fransa “Lill”indən 70 milyon avroya transfer etdiyi Viktor Osimhenin keçidinin araşdırılmasına başlanılıb. 29 yaşlı nigeriyalı hücumçunun alınmasında maliyyə fırıldağından şübhələnən İtaliyanın prokurorluq orqanları artıq bu məsələni nəzarətə götürüb. İddialar sübut olunarsa, A seriyasında turnir cədvəlinə başçılıq edən “Napoli” cəzalandırılacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası maliyyə fırıldaqlarına görə ”Yuventus” klubunun 15 xalını silib.

writer photo
Əlirza Əlirzalı
0