Buffonu heyran edən 5 qapıçı
30.09.2022 - 11:34
Buffonu heyran edən 5 qapıçı

İtaliyanın əfsanəvi futbolçusu Canluici Buffon dünyanın ən güclü qapıçılarının adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, hazırda “Parma”da çıxış edən veteran qolkiper siyahıya 5 həmkarını salıb.

O, hazırda çərçivədəki çıxışına görə, ən çox heyran qaldığı qapıçıların Tibo Kurtua (“Real”), Canluici Donnarumma (PSJ), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”) və Mayk Menyan (“Milan”) olduğunu söyləyib.

Qeyd edək ki, 44 yaşlı Buffon İtaliya çempionatlarındakı oyun sayına və bu yarışda qol buraxmadan keçirdiyi dəqiqələrin sayına görə rekordçudur.
 

writer photo
Əlirza Əlirzalı
0