Bundesliqa çempionu ulduz futbolçu ilə yollarını ayırır
15.04.2024 - 09:32
Bundesliqa çempionu ulduz futbolçu ilə yollarını ayırır

"Bayer"in yarımmüdafiəçisi Ceremi Frimponq yay "transfer pəncərəsi"ndə klub qeydiyyatını dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. 

Onun sözlərinə görə, 23 yaşlı niderlandlı Avropa nəhənglərindən birinə keçmək üçün mövsümün sonunda Leverkuzendən ayrılmağa hazırdır. 

Daha əvvəl Frimponqun xidmətində "Bavariya", "Real Madrid" və "Mançester Yunayted"in maraqlı olduğu barədə məlumatlar yayılmışdı. 

Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 38 matçda iştirak edib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib. Frimponqun "Bayer" ilə müqaviləsi 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0