Bundesliqa klubunda yeni müdafiəçi
04.08.2022 - 17:09
Bundesliqa klubunda yeni müdafiəçi

Almaniyanın “Hoffenhaym” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Stenli Nsoki Bundesliqa təmsilçisinə keçib.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Nsoki 2027-ci ilin yayına qədər “Hoffenhaym”da çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm 40 matça çıxan müdafiəçi 7 sarı və 2 qırmızı vərəqə alıb.
 

writer photo
Əlirza Əlirzalı
0