Bundesliqada məşqçi istefası
16.04.2023 - 19:53
Bundesliqada məşqçi istefası

Almaniyanın "Herta" klubu baş məşqçisi Zandro Şvartsla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssisin gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilib.

Zandro Şvarts komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib.

Qeyd edək ki, "Herta" Bundesliqada 28 oyuna 22 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0