Bundesliqada növbəti istefa
03.11.2023 - 11:51
Bundesliqada növbəti istefa

Almaniya Bundesliqasında daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az xəbər verir ki, "Maynts" futbol klubu Bo Svenssonun istefa verdiyini açıqlayıb.

44 yaşlı danimarkalı mütəxəssis istefa qərarını klub rəhbərliyi apardığı görüşdən sonra verib. Komandanı qarşıdakı oyunlara isə alman Yan Sievert çıxaracaq.

Qeyd edək ki, Svensson 2021-ci ilin yanvarından kluba rəhbərlik edirdi. Yeni mövsümə uğursuz start verən “Maynts” ilk 9 turdan sonra qələbə üzünə həsrət qalıb.

writer photo
Əlirza Əlirzalı
0