Caka “Bayer”lə razılığa gəldi
17.05.2023 - 17:45
Caka “Bayer”lə razılığa gəldi

“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı isveçrəli yarımmüdafiəçi “Bayer”lə razılıq əldə edib.

Tərəflər müqavilənin bütün şərtlərində ortaq məxrəcə gəlib. O, yayda Leverkuzen təmsilçisinə qoşulacaq. Caka “aspirinlər”lə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, cari mövsüm London klubunda 45 matç keçirən Qranit 7 qol və 7 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0