Çalhanoğlu dubl etdi, komandası qalib gəldi
14.01.2024 - 10:59
A Seriyasının 20-ci həftəsində "İnter" səfərdə "Monza" nın qonağı olub.
Apasport.az xəbər verir ki, qarşılaşmada qara-göylər 5:1 hesabı ilə qalib gəlib.
"İnter"in qollarını 12 və 60-cı dəqiqələrdə Hakan Çalhanoğlu, 14 və 84-cü dəqiqələrdə penaltidən Lautaro Martinez, 88-ci dəqiqədə isə Markus Tyuram vurub. "Monza"da Pessina 68-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, liqada 14 matçdır məğlub olmayan “İnter” xallarının sayını 51-ə çatdırıb. "Monza" isə 25 xalda qalıb.
0
0